Fərda Xudaverdiyev: “11 il aşağı əmək haqqı ilə çalışmışam”

Fərda Xudaverdiyev: “11 il aşağı əmək haqqı ilə çalışmışam”

Azərbaycanın yumor ustası Fərda Xudaverdiyev gənc aktyorlardan danışdı. Aşağı əmək haqqı ilə aktyorları işlədən telekanallara da öz iradlarını bildirdi. SİA-ya açıqlama verən Fərda bunları dedi: "Gənc kadırlara televiziyalarda veriliş hazırlamağa icazə verən insanlar onların hər birini ələkdən keçirərək intellektual səviyyələrinin hansı dərəcədə olduğunu bilməlidirlər. Yoxdan var kimi istifadə etmək lazım deyil".

Aktyor bu zamanadək aşağı əmək haqqı ilə çalışdığını dilə gətirib: "Mənim özüm bu sahədə 11 il çox aşağı əmək haqqı ilə çalışmışam",-deyə Fərda Xudaverdiyev etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə