Saraya bənzəyən yaxtada sultanlıq edən Röya - FOTOSESSİYA

Dünən Xəzər dənizinin ortasında, ecazkar yaxtada tanınmış müğənni Niyaməddin Səlaminin iki klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumaına görə, tədbirə Niyaməddinin sənət dostları və media nümayəndələri toplaşmışdı.


Estradanın məşhur siması Röya Ayxan və Rəhim Rəhimli başda olmaqla, əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli, müğənnilər Sevinc Ağaşirinova, Lamiyyə Novruzova, teleaparıcı Zaur Nəbioğlu və digər məşhurlar var idi.


Yeniliklərini təqdim edən Niyam öncə Röya ilə "Ay ürək" mahnısına çəkilən roliki təqdim edib. "Ay ürək" mahnısının musiqisi Nailə Mirməmmədlinin, sözləri isə Elçin Rəhimlinindir. Etibar Babayevin ekran həyatı verdiyi klip tam hazır olmasa da səbəbkarlar onu təqdim ediblər. Röya vurğulayıb ki, klip tamamlanan sonra daha maraqlı olacaq.

Ancaq mərasimin əsl səbəbi bu deyil, müğənninin "Heyf" mahnısına çəkilən klip idi. Musiqisi Nailə Mirməmmədliyə, sözləri mərhum şair Murad Elçinoğluna məxsusdur. Klipin rejissoru Kənan Musayevdir.


Mərasimdə qonaqlar o ki var əyləniblər. Diqqəti üzərinə yenə də müğənni Röya çəkib. Ulduz xanım "Muhteşem Yüzyıl" serialında Sultan Süleymanın geyimini görüb, sultanlıq eşqinə düşüb.


2 saatdan artıq dənizdə olan yaxtda əsl saraylara bənzəyirdi. Mərasimdə Röya ilə Niyam \"Ay ürək\" mahnısını da ifa ediblər.


Onu da qeyd edək ki, mərasimin digər maraqlı məqamlarını da gün ərzində oxucularımıza təqdim edəcəyik.


Foto müəllifindir

Bütün xəbərlər Facebook səhifəmizdə