Azərbaycanlı müğənni: “Ümidimi ancaq toya bağlamıram”-FOTOSESSİYA

"Next" qrupunun keçmiş üzvü, müğənni Adil Baxışlı şəxsi biznesini qurur. SİA-ya açıqlama verən Adilin sözlərinə görə, o, xudmani bir restaron açıb.


Adil bundan sonra ifaçılıq fəaliyyəti ilə yanaşı restoran işinə də baxacaq: "Bu işə ikinci dəfədir qol qoyuram. Yəni restoran işinə baxmağım ilk dəfə deyil. Ümud edirəm ki, bu dəfə daha uğurlu olacaq".


Açıqlaması zamanı müğənni onu da əlavə etdi ki, restoran biznesinə qoşulmağının ifaçılıq peşəsinə heç bir maneçiliyi olmayacaq: "Heç ifaçılığı ataram? Mən bu işi ona görə qurdum ki, bəzi müğənnilər kimi ümidimi ancaq toya bağlamayım. El şənliklərinə ucuz qiymətə getmirəm, amma bütün məclisi də aparmıram. Tək toydan pul gözləməmək üçün bu işə başlamağı qərara aldım".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...