Ayan Babakişiyevanın səsi batdı-VİDEO-FOTOSESSİYA

Son aylar yaradıcılığında durmadan yeniliklər edən tanınmış estrada müğənnisi Ayan Babakişiyevanın səsi əməllicə batıb. Müğənninin yaxın dostlarından birinin dediyinə görə, yaşadığı arzuolunmaz situasiya Ayanı həkimə müraciət etməyə vadar edib.


SİA-ya açıqlamasında müğənni eşitdiyimiz bütün məlumatları təsdiqlədi: "Düz üç il bundan əvvəl səs tellərimdə ciddi problemlər özünü göstərmişdi. Və 6 ay səsim tamamilə batmışdı. Həmin vaxt həkimlər təcili cərrahiyə əməliyyatı keçirməyimi məsləhət görmüşdülər. Möcüzə baş verdiyini deyə bilərəm. Çünki müalicə kursu müsbət effekt verdi və səsimdəki problemlər aradan qalxdı. Bu həftənin əvvəlindən başlayaraq yenidən boğazımda ağrılar özünü göstədi. Səsim batmağa doğru gedir. Həkimim səs tellərimi gücə saldığımı söylədi. Son bir neçə ayda bir-birinin ardınca yeni mahnılar yazdırdım, günümün çox hissəsini səsyazma studiyalarında keçirdim. Sonda gərgin iş rejimindən mənə qalan "hədiyyə"m, səsimin batması oldu. Amma ruhdan düşmürəm, inşallah peşəkar həkimlərimizin köməkliyi ilə sağlamlığımı bərpa edəcəyimə əminəm".


Yeni mahnılardan söz düşmüşkən, söhbətimiz zaman onu da dəqiqləşdirdik ki, Ayan söz və musiqisi Xanım İsmayılqızına məxsus olan "Ya ona dön" hitinin davamı olan "Məni anla" adlı mahnısını pərəstişkarlarına təqdim edib. Real hitə namizəd olan mahnının bəstəkarı Xanım İsmayılqızı olsa da sözlərini yazıçı-jurnalist Rəşad Məcid qələmə alıb. Mahnı üç gündür ki, radio dalğalarında səslənir.


Ayandan olan başqa xəbərimiz isə sözləri Baba Vəziroğluna, musiqisi Kamala məxsus olan \"Nədən oldu\" mahnısına çəkilmiş klipi ilə bağlıdır. Bir neçə gün bundan əvvəl oxucularımıza rejissor Anar Hüseynovun ekranlaşdırdığı klipin çəkilişlərindən bəhs edən fotosessiyanı təqdim etmişdik. Ümimilikdə 7 millətin - çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və doğma vətənimizin qadın obrazlarını yaratmış Ayan Babakişiyevanın maraqlı fotolayihəsi artıq tam hazırdır. Siz də baxıb sənətçinin dəyişkən obrazlarının şahidi olun.


Foto: Çingiz Seyfullayev (Yarasa)



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...