Faiq Ağayevin şəxsi yazışmasından…

Azərbaycanın xalq aristi Faiq Ağayevin fəal internet istifadəçisi olduğu heç kimə sirr deyil. Müğənni facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində başına gələn əksər hadisələri yaxın dostları və fanatları ilə bölüşür. Canab Qızıl Şlyagerin son statusu isə diqqətimizi cəlb etdi. Müğənni "Təşəkkür, əqidəli Dostum! Nə xoş mənə!" sözlərindən sonra ona gələn məktubun içərisində yazılanları olduğu kimi statusunda paylaşıb. Sözlər o qədər xoş olub ki, F.Ağayev bunu hər kəslə bölüşmək istəyib. Ancaq xalq artisti məktubun kim tərəfindən yazıldığını açıqlamır.


SİA məktubu olduğu kimi təqdim edir:


\"Siz bir bütün olaraq düşüncədən ibarətsiniz... O düşüncə ki, səslə, ifayla tam olaraq ruhumuza işləyir... Siz həm eşqsiniz, həm aşiq, həm də məşuq...

Siz həm aynasınız, həm gözəllik, həm də gözəlliyi seyr edən...\"


Müğənni sonda məktubun müəllifinə belə cavab verib: \"Sevimli dostum! Özünüz bir zirvəsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə