Azərbaycanlı müğənni “açdı sandığı, tökdü pambığı”-FOTO

Azərbaycanlı müğənni “açdı sandığı, tökdü pambığı”-FOTO

Azərbaycan estradasının tanınmış müğənnisi Nadir Qafarzadə bu zamanadək çəkdiyi əziyyətlərdən söz açıb. Müğənni onu əsəbləşdirən məsələlərə də toxunub. SİA-ya açıqlama verən Nadir bəy bunları deyib: "Sənətə gələndən çox əziyyət çəkmişəm. Toylarda 6 saat canlı oxumaq hər müğənninin işi deyil. O qədər oxuyuram ki, tərləyirəm. Tərlədikdən sonra da soyuq olur və belim quruyur. Ancaq bəzi həmkarlarım fonoqram oxuyaraq özlərinə əziyyət vermirlər və zəhmətlə pul qazanmağın nə demək olduğunu anlamırlar. Mən onlardan fərqli olaraq bu zamandək heç kimə əl açıb deməmişəm ki, mənə pul verin. Və yaxud da oğurluq etməmişəm. Odur ki, hər bir insan əzaba qatlaşıb pul qazanmalıdır",- deyə fikirlərini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə