Gənc müğənnidən yeniliklər – FOTO-VİDEO

Azərbaycan estradasının gənc ifaçısı Mila "Magnit" adlı mahnısına klip çəkdirib. Bu haqda SİA-ya müğənninin prodüseri Ceyhun Məhərrəmov məlumat verib: "Sözügedən mahnı artıq radio dalğalarında səslənməkdədir. Klip çəkdirməklə kifayətlənməyən Mila yeni proyektlər üzərində çalışır. Bütün mahnılarının bəstələri də Pərviz Mahmudova məxsusdur. Bundan əlavə olaraq müğənni tez bir zamanda öz şəxsi saytını internet istifadəçiləri və mətbuat nümayəndələrinin ixtiyarına verəcək",-deyə Ceyhun dilə gətirib.

Qeyd edək ki, müğənninin əsas yeniliyi bu gündən sonra media və piyar işlərinə Ceyhun Məhərrəmovun idarə etməsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...