Bu gün Azərbaycan estradasının tanınmış simalarından biri Röya Ayxan 30 illik yubileyini qeyd edir. SİA-nın xəbərinə görə, Röya Ayxan 1982-ci il iyun ayının 14-də Ağdam rayonunda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə olaraq Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında \"Bu gecə\" adlı ilk solo konserti ilə çıxış edib. 2006-cı ildə 3 gün yenidən həmin sarayda \"Darıxmışam\" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində \"Tamaşaçı simpatiyası\" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən \"İlin müğənnisi\" və \"İlin konserti\" nominasiyaları üzrə qalib gəlib. Müğənninin fanatları tərəfindən ona "Qəlb kraliçası" adı verilib.
Qeyd edək ki, hal-hazırda ailəlidir və Hüseyn adlı övladı var.
Biz də öz növbəmizdə Röyanı ad günü münasibəti ilə təbrik edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB