Azərbaycanlı müğənni Tbilisidə- VİDEO

Azərbaycanlı müğənni Tbilisidə- VİDEO

Azərbaycanlı müğənni Seyran Tbilisidə keçirilmiş Fashion TV qalasına qatılıb. Sözügedən tədbirdə Fashion TV və "Maximum Concerts Company"nin təşkil etdiyi "I Love You Fashion TV" adlı çəkilişlərində həmyerlimiz konsert proqramı ilə də çıxış edib.

Ayrı-ayrı ölkələrin tanınmış modelyer və modelləri, televiziya nümayəndələri, sənət adamlarının qonaq olduğu gecədə Seyranın sərgilədiyi performans böyük maraqla qarşılanıb. SİA-ya açıqlamasında Seyran səfər təəssüratlarını belə bölüşüb:

"Hər dəfə xarici ölkələrdə çıxışlarım olanda bu işə çox məsuliyyətlə yanaşıram. Nəyi necə oxumağımı, hansı sözləri deyəcəyimi dəfələrlə ölçüb-biçib səhnəyə çıxıram. Tbilisi tamaşaçılarına gəldikdə isə Gürcüstan mənə çox doğmalaşıb. Qonşu dövlətdə iki il ardıcıl olaraq bir vaxtlar solisti olduğum "Next" qrupunun üzvləri ilə birlikdə konsertlərimiz təşkil olunub. Sevindirici hal odur ki, solo karyeraya başladığım qısa zaman ərzində təkbaşına auditoriyanı ələ alıb fərqli performans göstərməyə müvəffəq oldum. Bütün uğurlarıma görə başda prodüserim Hüseyn Cavadzadə olmaqla bütün komandamıza təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə