Azərbaycanlı rejissor müğənnilərin iç üzünü açdı

Azərbaycanlı rejissor müğənnilərin iç üzünü açdı

Azərbaycanın tanınmış rejissoru Nail Naiboğlu klip çəkdirən müğənnilərdən söz açıb. Şou-biznes əhlinin illər öncə çəkdirdikləri kliplərinin efirlərdə daha yayımlanmasını istəməməklərinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən rejissor bütün sirləri açıb-töküb: "Mən hər zaman demişəm ki, klip müğənninin reklamıdır. Nəzərinizə çatdırım ki, ifaçılar neçə il bundan öncə çəkdirdiyi klipin efirlərdə yayımlanmasını istəmir. Çünki zaman keçdikcə inkişaf gedir. Eyni zamanda mahnı və klip dəbdən düşür. Müğənninin çəkdirdiyi klip səviyyəli olmalıdır ki, tamaşaçılar tərəfindən yaxşı qarşılansın və sevilsin",-deyə Nail bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə