Azərbaycanlı müğənni: “Vay anam”

Gənc müğənni Kamalə Qaramollayeva yeniliklərə imza atır. SİA-nın məlumatına görə, müğənni "Vay anam" mahnısına klip çəkdirməyə hazırlaşır.


Məşhur müğənni-bəstəkar Rəhim Rəhimlinin ona hədiyyə etdiyi mahnı Şəki rayonunda lentə alınacaq. Bunun üçün artıq Kəmalə sözügedən rayona yollanıb. Müğənni yeni işini gənc rejissor Rəvan Elşadoğluna həvalə edib.


Onu da deyək ki, iyunun 14-də Bakıya dönən Kamalə Qaramollayeva tez bir zamanda mətbuat nümayəndələrini yığıb ekran işini təqdim edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə