Mehriban Xanlarova ilə gənc müğənni bir arada-FOTO

Mehriban Xanlarova ilə gənc müğənni bir arada-FOTO

"Xalq Ulduzu 1" mahnı müsabiqəsinin iştirakçısı, gənc ifaçı Emil Məmmədov son vaxtlar fasiləsiz çalışır. Bu barədə SİA-ya gənc ifaçı özü məlumat verib. E.Məmmədov bildirib ki,o, musiqisi Elvin Abdullayevə, sözləri Aysel Nəcəfliyə aid "Sevgi nəyə deyirsən?" adlı mahnını ifa edib. Emil yaxın günlərdə lirik janrda olan mahnını jurnalistlərlə görüşü zamanı təqdim edəcəyini söyləyib.


İfaçı onu da qeyd edib ki, bu günlərdə "Space" radiosunda əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarovanın təqdimatında yayımlanan "Mehribanlıqla" verilişinin qonağı olub: "Radionun qonağı olarkən orada öz yaradıcılığım haqqında danışdım. Həmçinin bəstəkar və xalq mahnılarını, o cümlədən, verilişin sonunda SSRİ xalq artisti Zeynəb Xanlarovanın repertuarından bir mahnını canlı ifa etdim. Bu, çox məsuliyyətli idi. Amma aparıcının və dinləyicilərin rəğbətini qazanmağa çalışırdım".


E.Məmmədovun əməkdar artist Mehriban Xanlarovanın təqdimatında yayımlanan verilişdən olan şəkillərini təqdim edirik.


Bütün xəbərlər Facebook səhifəmizdə