Zamiqdən xəbər var-VİDEO

Tanınmış müğənni Zamiq Hüseynovun yaradıcılığında yenilik var. SİA-nın məlumatına görə, digər müğənnilər yay aylarında ritmik notlar üzərində qurulan mahnıya müraciət etsələr də Zamiq onlardan fərqlənib. İfaçı lirik və daha çox payız aylarına uyğun musiqi ilə repertuarını böyüdüb.


"Orda biri var" adlanan mahnının sözləri Leyli İsrafilovaya musiqisi və aranjemanı isə Hakan Erola məxsusdur.


Onu da əlavə edək ki, Zamiq repertuarına daxil etdiyi yeni mahnısına klip də çəkdirmək niyyətindədir. Klipin çəkiliş prosesləri bu yaxınlarda başlamalıdır.


Bütün xəbərlər Facebook səhifəmizdə