Dünən paytaxtın dəbdəbəli məkanlarından birində məşhur müğənni Xatirə İslamla zabit Fəxrəddinin nigah mərasimi baş tutub. SİA-nın məlumatına görə, mərasimdən öncə cütlük Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoyublar.
Ardınca şadlıq
sarayına üz tutan Xatirə və Fəxrəddin vağzalı sədaları altında zala daxil
olublar. Teleaparıcı Nərgiz Cəlilovanın idarə etdiyi toyda Xatirə
və Fəxrəddin üçün həm rəsmi, həm də dini kəbin kəsilib.
Xatirə İslamın anasının doğum gününə təsadüf edən mərasimdə
cütlük özü də çıxış edərək təbriklər səsləndiriblər. Xatirə bildirib ki, toyun
məhz bu günə düşməsi onun çoxdankı arzusu olub.
Məşhur simaların çox olduğu toyda xalq artistləri
Ağaxan Abdullayev, Canəli Əkbərov, Mənsum İbrahimov, Flora Kərimova, Brilliant
Dadaşova, əməkdar artistlər Lalə Məmmədova, Elza Seyidcahan, Cabir Abdullayev,
müğənnilər – Gülay Zeynalova, Sevda Yahyayeva, Nüşabə Ələsgərli, Xuraman Şuşalı,
Manaf Ağayev, Elnur Məmmədov, Rüfət Axundov, Nicat Mustafayev, Elariz Məmmədoğlu,
Musa Musayev və Təranə Qumral, Mətanət Əsədova, rəqqasə Fatimə, Ramal
İsrafilov, Elariz Məmmədoğlu, Xuraman Şuşalı, xanəndə Babək Niftəliyev,
aktyorlar - Rafael və Coşqun, Müşfiq, meyxanaçı Ağamirzə və bir çox qonaqlar
iştirak ediblər.
Toya qatılan müğənnilər öz mahnıları ilə cütlüyü təbrik
edib əyləniblər.
Biz də öz növbəmizdə
yeni ailə quran cütlüyə xoşbəxtlik arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə