Erməni müğənni də vətənindən bezdi

Erməni müğənni də vətənindən bezdi

Ermənistanın tanınmış müğənni-aparıcılarından olan Armine Qriqoryan bir həftə öncə ölkəsini tərk edib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, ifaçı xaricə köçüb. Buna səbəb isə müğənninin ölkə telekanallarının onun proqramlarını təxirə salmasından təngə gəlməsi olub. Bu proqramlardan 4-ü əvvəlcədən hazır olub. Telekanalların onun verilişlərinə biganə olması Armine Qriqoryanın səbr kasasını daşırıb.


Müğənninin "İm Arev" adlı verilişi "Dar 21″ kanalının ən yaxşı proqramlarından biri olub. Armine Qriqoryanın yaxınlarının dediyinə görə, müğənni ölkəni tərk etməmişdən öncə özünü çox narahat hiss edirmiş.


Müğənni yaxınlarına deyib ki, o üzücü mübarizədən yorulub və nə hakimiyyətlə, nə də köhnəliklə mübarizə aparmaq istəmir: "Ona uzun müddət idi ki, müğənni kimi fəaliyyət göstərməyə imkan vermirdilər",-deyə Arminenin yaxınları bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə