Türkiyənin pop-ulduzu, tanınmış müğənni Bengü ağır yol qəzasına düşüb. SİA türk mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında toydan evə qayıdan müğənnini İstanbula gətirən özəl avtomobil ağır qəza törədib. Ankara-İstanbul yolunda baş verən hadisə nəticəsində müğənninin burnu qırılıb. O, üz və bədənində bir neçə xəsarət alıb. Hadisə yerində ona 2 saata yaxın estetik müdaxilə də edilib.
Hazırda 33 yaşlı Bengü xəstəxanada həkim nəzarəti altındadır.
Xatırladaq ki, hadisə nəticəsində müğənninin cangüdəni həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB