Teleaparıcı: “Kimisə təhqir etməyə haqqım yoxdur\"

Azərbaycanlı teleaparıcı İlahə Nizamiqızı qalmaqal edən müğənnilərdən danışıb. Heç kimlə küsülü olmadığını dilə gətirən İlahə düşməninin olmadığını deyib. SİA-ya açıqlama verən teleaparıcı azərbaycanlıları hər yerdə dəstəklədiyini söyləyib: "İnsan dalaşanda barışmağa üz yeri qoymalıdır. Hazırda heç kim deyə bilməz ki, mən İlahə Nizamiqızı ilə danışmıram. Çünki düşmənim yoxdur. Yəni heç vaxt kimisə təhqir edib şəxsiyyətinə toxunmamışam. Heç buna haqqım da yoxdur. Unutmamalıyıq ki, biz azərbaycanlıyıq və hər yerdə bir-birimizi dəstəkləməliyik",-deyə İlahə Nizamiqızı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...