Xalq artisti İlhamə Quliyeva Rusiyaya istirahətə gedib. Bu haqda SİA-ya Türk dünyasının sənət kraliçasının prodüseri və tanınmış teleaparıcı Lamiyə məlumat verib: "Xalq artisti bir həftə Rusiyada dincələcək. Primadonna istirahətdən qayıtdıqdan sonra yaradıcılığında növbəti ciddi layihələrinə imza atacaq. Azərbaycan səhnəsinin böyük sənətkarı bu yay istirahətlə yanaşı yaradıcılıq işləri ilə məşğul olacaq. İlhamə Quliyeva yeni mahnılarını lentə aldıracaq".

Qeyd edək ki, bunlardan başqa primadonna möhtəşəm solo konsertlə bu yaxınlarda onu sevən tamaşaçıların qarşısına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə