Azərbaycanlı müğənni yenə coşdu

Azərbaycanlı müğənni yenə coşdu

Azərbaycanlı müğənni Əli Mirəliyev klip çəkdirən müğənnilərdən söz açıb. Hər zaman gənc ifaçılardan narazı olan Əli bəy bu dəfə adətinə sadiq qalmadı. Tənqid etməyi sevən müğənni bu dəfə isə həmyaşıdlarından narazı olduğunu söyləyib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Klip çəkdirmək gənc nəslin üzvlərinə lazımdır. Çünki onlar klip çəkdirərək gündəmdə qala bilərlər. Ancaq məni əsəbləşdirən məqam yaşlı nəslin klip çəkdirməsidir. Hər dövrün öz gözəlliyi var. Hələ bəzən yaşlı müğənnilər cavan oğlan və ya qızla klipə çəkilirlər. Hər bir müğənni özünə hörmət etsə, yaxşı olar",-deyə sənətçi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə