Azərbaycanın tanınmış aktrisası, hər kəsin yaxşı tanıdığı "Toppuş bacı" - Tünzalə Əliyeva sənətdən gedib-getməyəcəyi barədə danışıb. Aktrisa hələ bundan sonra bir çox layihələrinin olacağını söyləyib. SİA-ya açıqlama verən Tünzalə bunları deyib: "Hələ ki, səhnədən getmək fikrim yoxdur. Çünki ürəyimdə qalan bir çox tamaşalar var ki, hələ onları oynamamışam. Eyni zamanda da mənə elə gəlir ki, Azərbayacan mədəniyyəti üçün dəyərli işlər görməmişəm. Allah mənə can sağlığı verdikcə ürəyimdə qalan tamaşaları oynayıb istəklərimi yerinə yetirəcəm. Televiziya sahəsində də hələ ki, həyata keçirə bilməyəcəyim planlarım var. Onlara da nail olduqdan sonra teatrdan və səhnədən uzaqlaşmağı fikirləşərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB