Kamilənin “qadağalı” toyundan ilk görüntülər - FOTO

Kamilənin “qadağalı” toyundan ilk görüntülər - FOTO

Teleaparıcı Kamilə Babayevanın toyu olub. SİA-nın milli.az-a istinadən verdiyi xəbərə görə, ixtisasca həkim və hüquqşünas olan nişanlısı İbrahim bəyin istəyi ilə Kamilə də əksər yerli məşhurlarımız kimi toyunda bəzi qadağalar tətbiq edib. Daha dəqiqi toy zamanı media mənsublarının restoranda foto və video çəkilişlər aparmasına icazə verilməyib. Bir neçə jurnalist yalnız dost kimi xoş günə şahidlik ediblər.


Kamilə Babayeva həyat yoldaşı İbrahim bəyin israrlı tələbi qarşısında gəlin-bəy avtomobilindən aşağı düşməyərək jurnalistlərə telefon vasitəsi ilə arzularını söyləyib: "Çox xoşbəxtəm, amma nə edə bilərəm, həyat yoldaşım toyumuzun işıqlandırılmasının tərəfdarı deyil. Və sona qədər fikrindən daşındıra bilmədim. Allahdan bütün subaylara ürək dolusu xoşbəxtlik arzulayıram".


Nə qədər qadağalı olsa da, yerli maqazin jurnalistləri uzaqdanda olsa, bəzi kadrlar çəkməyə müvəfəq olublar.


Qonaqların kimliyinə gəldikdə isə məlumata görə, müğənnilər Elton Hüseynəliyev, Elnur Məmmədov, bəstəkar-şoumen Murad Arif, "Aramızda qalsın" serialında Kamilə ilə tərəf müqabili olan aktyorlar Qurban və Rüfət, eləcə də Coşqun və Rafael dost məclisində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə