Qalmaqallı müğənninin bu dəfəki hədəfi kimlərdir?

Qalmaqallı müğənninin bu dəfəki hədəfi kimlərdir?

Azərbaycan estradasının kompleksiz müğənnisi Kərim Abbasov \"bir nömrəli\" müğənnilərdən söz açdı. İfaçı onun gözündə \"bir nömrə\" olan ifaçıların kimliyini açıqladı. SİA-ya açıqlama verən Kərim ürəyində gizli qalan fikirlərini bizimlə bölüşdü: "Azəri ulduzlarının əksəriyyəti özünə "bir nömrəli\" müğənni deyir. Ancaq mənim fikrimcə, Azərbaycanda ürəyimə yatımlı müğənnilər Nisə Qasımova, Səidə Sultan, Mətanət Əsədova, Ramal İsrafilov və özüməm\".

Digər həmkarlarının adlarını çəkmək istəməyən Kərim söz atmağından da geri qalmadı: "Şou-biznes əhlinin digər üzvlərinin adlarını çəkmək istəmirəm. Çünki onlar üçün böyük reklam olar",-deyə müğənni bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə