Azərbaycanlı müğənni Əli Mirəliyev gənc ifaçıların qocaman sənətkarların yolu ilə getmələrini məsləhət görüb. Qalmaqallı müğənni yaxşı ifaçıları tərifləmək yox, daima onları tənqid etməyin lazım olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Əli bəy bunları deyib: "Əgər müğənni yaxşı oxuyursa, onu tərifləmək lazım deyil. Hər zaman tənqid etmək lazımdır ki, bir az da üstündə çalışsın. Hər bir ifaçı Azərbaycan mahnılarının tarixinə fikir verməlidir\".
Əli Mirəliyev şou-biznes əhlinə Azərbaycan bayrağını yüksəklərə qaldırmalarını məsləhət görüb: "İllər öncə oxuyan sənətkarlar bayrağımızı hər zaman zirvələrə qaldırıblar. Odur ki, indiki ifaçılar bayrağımızı yüksəklərə qaldırmalıdırlar. Yeni sənətə gələnlər qocaman sənətkarların yolunu getməlidirlər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB