Amerikalı müğənni Ledi Qaqa \"Twitter\" sosial şəbəkəsində izləyici sayı 25 milyonu keçən ilk şəxs olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, \"Twitter\"də ən çox izləyicisi olan on hesabdan 7-si pop ulduzlara aiddir. Bunlar: Ledi Qaqa, Justin Biber, Keti Perri, Rihanna, Britni Spirs, Şakira və Teylor Sviftdir.
Qeyd edək ki, ən çox izləyiciyə sahib olan üç hesab- 16 milyondan çox izləyici ilə ABŞ prezidenti Barak Obama, 14.8 milyonla Kim Kardaşyan, 13 milyonla Youtube saytı ilk onluqda yer tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB