Əməkdar artist: “Sənətindən xəbərim yoxdur”

Əməkdar artist: “Sənətindən xəbərim yoxdur”

Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov indiki dövrün ifaçılarından narazı olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Baloğlan bəy sənətçilərin özlərinə hörmət etmələrini tələb edib: "Müğənnini verilişlərə dəvət edəndə o qədər danışır ki, oxumağına vaxt qalmır. Mənə elə gəlir ki, hər bir sənətçi özünə və sənətinə hörmət etməlidir. Müğənnilər qalmaqalla gündəmdə cəmi 1 həftə və 1 ay qala bilərlər. İfaçını qalmaqallarla yox, mahnıları ilə tanımaq lazımdır. Şəxsən Azərbaycanda elə müğənni var ki, mən ancaq onu qalmaqallarda görmüşəm. Sənətindən xəbərim yoxdur",-deyə əməkdar artist dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə