Məşhur rok qrupu Bakıya gəlir

Almaniyanın dünyaca məşhur rok qrupu \"Rammstein"in üzvləri Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, qrup üzvləri oktyabrın 26-da Bakıda konsert proqramıyla çıxış edəcəklər. Qrupun Bakıda hansı məkanda çıxış edəcəyi hələ ki, dəqiqləşməyib.

Qeyd edək ki, \"Rammstein" qrupu 1996-ci ilin yanvarında Berlində yaradılıb. Qrupun repertuarına daxil olan mahnıların əksəriyyəti alman dilindədir. Qrupa daha çox uğur gətirən albomu isə 2001-ci ildə işıq üzü görən \"Mutter" olub. Bu alboma daxil olan \"Ich will", \"Mutter", \"Feuer frei!" sinqlları isə ən çox dinlənilən mahnılardır.

Bütün xəbərlər Facebook səhifəmizdə