Azərbaycanlı stilist dilə gəldi- FOTO

Azərbaycanlı stilist dilə gəldi- FOTO

Azərbaycanın tanınmış stilisti Samir Əliyev onun haqda mənfi fikirdə olan insanlara ismarıc göndərib. Bütün bunlara baxmayaraq özünü gücsüz hesab etmədiyini etiraf edib. SİA-ya açıqlama verən Samir heç kəsin ideal olmadığını da dilə gətirib: "Məni tanımayıb ünvanıma mənfi fikirlər söyləyən insanlara üzümü tutub deyərdim ki, kiminsə haqqında fikir yürüdəndə tanıyıb sonra nəsə desinlər. Heç kəs ideal deyil. Onların məni vurmaqlarına baxmayaraq özümü gücsüz biri hesab etmirəm", -deyə stilist bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə