Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş 13-cü musiqi albomunu hazırlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, iyunun 6-da albomunun çaxarılacağını gözləyən E.Gündeş son albomuna \"13\" adını vermək istəyib. Ancaq 13 rəqəminin uğursuzluğundan qorxan müğənni albomunu \"13.5\"adıyla çıxarmağa qərar verib.
Qeyd edək ki, müğənni sözügedən albomunda Aysel Gürel, Onno Tunç, Sezen Aksu kimi bəstəkarların mahnılarına müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB