Məşhur müğənninin dəbdəbəli klipi

Türkiyənin tanınmış müğənnisi Hande Yener yeni klip çəkdirir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Hande xanım klipə tək yox, Türkiyənin tanınmış musiqi qrupu \"Grup Seksendört"la çəkilir. Onların eyni klipə çəkilmələrinə əsas səbəb birgə ifa etdikləri \"Röya" adlı mahnıdır. Sözügedən klipin rejissoru isə Şenol Korkmazdır.

Klipdə Türkiyədə ilk dəfə olaraq əvvəldən sona qədər gerçək effektlərdən istifadə edilib. Bundan başqa, klipin çəkiliş prosesində 65 nəfərlik nəhəng qrup 20 saat fasiləsiz çalışıb.

Qeyd edək ki, klip ilk olaraq Avropada yayıma buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə