Türkiyə gözəli bəlli oldu - FOTOSESSİYA

Türkiyədə 2012-ci ilin gözəllik müsabiqəsi başa çatıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Açelya Samyeli Danoğlu \"Miss Turkey 2012\" seçilib. Sözügedən xanım 20 müsabiqə iştirakçısı arasında birinci olmağı bacarıb.

Müsabiqənin birincisi olan Açelya Samyeli Danoğlu \"Miss World\", ikinci yeri tutan Çağıl Özge Özkul \"Miss Universe\", müsabiqənin üçüncüsü olan Melis Durasaisə \"Miss Earth\" müsabiqələrində Türkiyəni təmsil edəcəklər.

Qeyd edək ki, həmin gecədə "Eurovision 2012" yarışmasının iştirakçısı Can Bonomo və ifaçı Atiye səhnədə ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə