1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da qeyd edilir. Bu əlamətdar gün nəinki uşaqların ən çox sevdiyi gün, eyni zamanda böyüklərə də uşaqların daim onların qayğısına ehtiyacları olduğunu və uşaqlar üçün məsuliyyət daşıdıqlarını xatırladan bir gündür.
Nəzərə alsaq ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Valideyn himayəsində olan uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları vardır.
Şou-biznes əhlinin uşaqlarının şəkilləri oxuyucular üçün maraq doğurduğundan azəri ulduzlarının uşaqlarının bir neçəsinin görüntülərini əldə etdik. Sözügedən şəkillər arasında müğənnilərdən Elçin Hüseynovun, Röya Ayxanın, Elnarə Xəlilovanın, Nigar Camalın, Xuraman Şuşalının, prodüser Təranə Səmədovanın, maniken Züleyxa Akçurinanın uşaqları ilə birgə çəkdirdikləri şəkilləri sia.az oxuyucularına təqdim edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB