Azərbaycanlı bəstəkarın uşaqlara 1 iyun hədiyyəsi -FOTOSESSİYA

Azərbaycanlı bəstəkarın uşaqlara 1 iyun hədiyyəsi -FOTOSESSİYA

Azərbaycanlı bəstəkar və uşaq qruplarının yaradıcısı Ülviyyə Vəliyeva bütün janrları bir mahnı şəklində yığmağı bacarıb. SİA-ya açıqlama verən bəstəkar xanım 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə etdiyi yeniliklərdən söz açıb: "Artıq bir ildən çoxdur ki, uşaqlarla işləməyə başlamışam. Bu işdən o qədər zövq aldım ki, qrupların sayını artırmaq qərarına gəldim. "Butterflies" qrupundan başqa iki yeni qrup yaratdım. Yeni bir layihə hazırladıq. Musiqisi mənə, sözləri Cavid Şahbazbəyova, aranjemanı Fərid Ağamalıyevə məxsus "Ana Vətənim" adlı mahnı ərsəyə gətirdik. Azərbaycanda ilk dəfə olaraq bütün janrlar bir mahnıda uşaqların ifasında təqdim edilir. Mahnını Azərbaycanın ən istedadlı uşaqları oxuyub. Bu çox böyük bir iş oldu. İnanın ki, gecəm-gündüzüm olmadı. Doqquz nəfərlə bir mahnı üzərində işləmək asan iş deyildi. Amma çox maraqlı idi. Mahnının pop hissəsini "Butterflies" qrupum, vokal hissəsini Vaqif (Prezident təqaüdçüsü), estrada vokal hissəsini Yasin (Prezident təqaüdçüsü), muğam hissəsini Mirpaşa, rep hissəsini isə Cavid və Camal qardaşları oxuyublar. Həmçinin, bu ilki 1 iyunda uşaqlara iki yeni qrup hədiyyə etdik: "Little Police" və "Flowers". Bu balacalarla da işləmək olduqca maraqlıdır. Onlarla da rəngarəng fotosessiyalar etmişik. "Little Police" qrupunda üç nəfər 6 yaşlı balaca oğlan, "Flowers" qrupunda isə iki qız var\".

Qeyd edək ki, Ülviyyə xanım gələcəkdə qrup üzvlərinin sayını artırmağı düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə