7 millətin xanımını özündə cəmləşdirən Ayan: “Nələr oldu?”-VİDEO

7 millətin xanımını özündə cəmləşdirən Ayan: “Nələr oldu?”-VİDEO

Yeniliklər etməsi ilə bütün həmkarlarından seçilməyə müvəffəq olan populyar estrada müğənnisi Ayan Babakişiyevanın \"Nədən oldu?\" klipi artıq tam hazırdır. Gözlənildiyinin əksinə olaraq müğənni media tanıtımı etmədən klipini pərəstişkarlarının ixtiyarına buraxıb.


SİA-ya açıqlamasında Ayan nə səbəbdən belə qərara gəldiyini dedi: \"Əgər əsas səbəbi bilmək istəyirsinizsə, sırf bir az, daha dəqiqi 3 kq kökəldiyim üçün təqdimat mərasimi təşkil etmək istəmədim. Çəkim 46 kq-dan 49-a çatıb. Kökəldiyimi hiss edəndə əhvalımda düzənsizlik özünü biruzə verir. Odur ki, jurnalistlərlə görüşümü sentyabr ayına qədər təxirə saldım. İnşallah yeni mövsümdə daha bir maraqlı layihəmlə pərəstişkarlarımı sevindirəcəyəm\".

Məlumunuz olsun ki, musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan mahnını rejissor Anar Hüseynov ekranlaşdırıb. Süjet xəttində Ayan Azərbaycan da daxil olmaqla, ümimilikdə 7 millətin - çinli, yunan, misirli, afrikalı, hindistanlı, qədim avropalı və dediyimiz kimi, doğma vətəniminizin gözəl xanımlarının obrazlarını canlandırıb. Operatoru Rza Əsgərov, "Make up" (makiyaj) bütünlüklə stilist Romaya məxsusdur. Müğənni klipə çəkilən maliyyə vəsaitini açıqlamaq istəmədi.



Bütün xəbərlər Facebook səhifəmizdə