Məşhur müğənninin ad günündə nələr oldu? - FOTOSESSİYA

Azərbaycan estradasının tanınmış müğənnisi Natəvan Həbibi dünən paytaxt restoranlarının birində həmkarları ilə birgə möhtəşəm ad günü keçirdib. SİA-nın verdiyi xəbərə görə, məşhur ulduz öz doğum gününə 40 dəqiqə gecikərək qonaqların narazılıq yaradıb.


Səbəbkar 40 dəqiqədən sonra gözləri qamaşdıran ağ libasıyla zala təşrif buyuraraq qonaq qismində iştirak edən hər kəslə tək-tək salamlaşıb və hədiyyələri alıb.


Dəbdəbəli mərasimdə yadda qalan məqam isə mərasimin təşkilatçısı olub. Çünki həmin gecənin təşkilatçısı məşhur prodüser Tolik (Tarix Əliyev) idi. Nəzərinizə çatdıraq ki, bir müddət öncə iki tanınmış sima bir-birlərini məhkəməyə vermək fikrinə düşmüşdülər. Tərəflər biri-birinin haqqında xoşagəlməz ittihamlar səsləndirmişdilər. Ancaq sözügedən gecədə Natəvanla Tolik heç nə olmamış kimi deyib-gülürdülər.

Tədbirdə daha yadda qalan hadisə primadonna İlhamə Quliyevanın Natəvanı təriflədikdən sonra bir neçə mahnını canlı ifa etməsi olub.

Möhtəşəm gecəyə aparıcılıq edən Murad Arif sözün əsl mənasında şou-biznes əhlini coşdurmağı bacarıb. Səbəbkarı təbrik etməyə gələn sənət dostlarından Kərim Abbasov və Göyçək Fatimə rəqsləri ilə "vur-çatlasın" ediblər.


Daha bir maraqlı məqam aşıq Telli ilə bağlı oldu. Adəti üzrə əks cinsin nümayəndəsinə şeirlər deyən Borçalı qızı bu dəfə xüsusi ilə olaraq Natəvan üçün qəzəl dedi.


Gecədə kimlərin olduğunu və onların nələr etdiklərini sizə təqdim etdiyimiz fotosessiyada görə bilərsiniz.


Biz də öz adımızdan 31 yaşını qeyd edən Natəvan Həbibini təbrik edirik.



Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...