\"Ailə qurduqdan sonra şou-proqramlara getməyəcəyəm\"

Azərbaycan estradasının şıltaq gözəli Səidə Sultan subay olmasına baxmayaraq evlilik planlarını indidən qurur. Dəcəl xanım evləndikdən sonra sənətinə davam edib-etməməyinin gələcək həyat yoldaşından asılı olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Səidə ailə qurduqdan sonra özünə bir çox şeyləri qadağa qoyacağını söyləyib: "Əgər evləndiyim şəxs məni maddi durumdan qane edərsə, işləmərəm. Hər bir qadın istəyər ki, əziyyət çəkməsin və xanım-xatun kimi evində otursun. Onu da deyim ki, ailə qurduqdan sonra şou proqramlara getməyəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə