Xanəndə Qoçaq Əsgərov 28 May Respublika Günü münasibəti ilə Madriddə keçirilən bayram konsertində çıxış edəcək. Konsert iritutumlu konsert salonlarının birində bu axşam baş tutacaq. Tədbirin təşkilatçısı Azərbaycanın İspaniyadakı səfirliyidir. Bu barədə məlumatı SİA-ya xanəndə səfər öncəsi verib.
Qeyd edək ki, Q.Əsgərovun çıxışından öncə YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın Azərbaycanın tarixi, musiqisi və əlamətdar günün tarixi haqqında çıxışı olacaq. Bunun ardınca xanəndə əməkdar artist Mircavad Cəfərov (tar), Elnur Mikayılov (kamança), Kamran Kərimov (nağara) və Şirzad Fətəliyevin (balaban) müşayiəti ilə bayram əhval-ruhiyyəli repertuarını təqdim edəcək.
Qeyd edək ki, bu xanəndənin İspaniyaya ilk səfəridir. Səfər həm də onun yerli musiqiçilər üçün tanıtımı xarakteri daşıyır. Konsertdə İspaniyanın məşhur musiqiçiləri azərbaycanlı musiqiçini dinləyib rəy bildirəcəklər. Daha sonra Q.Əsgərov bir neçə musiqi şirkətlərinin rəsmiləri ilə görüşəcək. Bu səfər onun sentyabrda keçiriləcək musiqi festivalına qatılması üçün hazırlıq xarakteri də daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB