Türkiyənin keçmiş məşhur modeli Gözdə Tan evində intihara təşəbbüs edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən modelin oğlan dostu mühafizəçilərə zəng edərək G.Tanın intihar edəcəyini söyləyib. Özünün gələ bilmədiyi üçün mühafizəçilərdən ona baxmağını xahiş edib. Mühafizəçilər oğlanın zəngindən dərhal sonra qapının zəngini çalıblar və qapının açılmadığını görüncə isə dərhal polisə məlumat veriblər. Hadisə yerinə çağrılan çilingər qapını açdıqda G.Tan şok vəziyyətdə olub. Canına qəsd edən model xəstəxanaya aparılıb.
Qeyd edək ki, tanınmış modelin yataq otağından polislər tərəfindən iki ədəd boş dərman qutusu tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB