Azərbaycanlı müğənni Bolqarıstan radiosunda \"Sarı gəlin\" oxudu - VİDEO

Azərbaycanlı müğənni Bolqarıstan radiosunda \"Sarı gəlin\" oxudu - VİDEO

NEXT qrupunun ən çox seçilən üzvlərindən olan Seyran Bolqarıstanda olduğu müddətdə müxtəlif verilişlərə dəvət alıb.


Seyran "Eurovision" mahnı müsabiqəsində Moldovanı təmsil etmiş "Sunstruke" qrupu ilə birlikdə Bolqarıstan Milli Radiosunun qonağı olub. Həmyerlimiz "Horizont" verilişində Azərbaycan milli musiqisini ifa edib. SİA-nın məlumatına görə, "Sarı gəlin" mahnısını ifa etməsi dinləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar Azərbaycan musiqisinin ecazkarlığından bəhs ediblər.


Qeyd edək ki, Seyran bu günlərdə "Discovery" festivalında "Ən yaxşı performans" mükafatına layiq görülüb. Bu uğurun davamı olaraq Almaniyanın aparıcı prodakşnlarından birindən təklif alan müğənni bu şansı mütləq layiqincə dəyərləndirəcəyini söyləyib.



Bütün xəbərlər Facebook səhifəmizdə