Rza Zərrab Ebru Gündəşə Mars planetini alacaq

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş əri Rza Zarrabın ona davamlı olaraq bahalı hədiyyələr aldığı barədə xəbərlərə etiraz edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu cür məlumatlardan sıxıldığını bildirib və hədiyyə xəbərlərinə zarafatla cavab verib: "Həyat yoldaşım iş adamıdır, mən də illərdir çalışan bir qadınam. Ailəmiz, uşağımız üçün sərmayə edə bilmərikmi? Bir-birimizə hədiyyələr ala bilmərikmi? Biz bunlardan davamlı xəbər hazırlanmasından sıxıldıq. Ərimin bir sonrakı hədiyyəsinin nə olacağı ilə maraqlananlar üçün indidən söyləyim: planlaşdırmışıq, yoldaşım mənə Mars planetini alacaq\".


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...