Türkiyənin məşhur aktrisası, yazıçı Anarın "Təhminə" obrazının sahibəsi Meral Konrat paytaxtımızın qonağıdır. Xəbər verdiyimiz kimi, məşhur tele-radio aparıcısı Səxavət Nur "Araz FM" və Xəzər TV-də eyni anda "İmza: MƏN" adlı yeni layihə ilə görünüşünüzə gəlib. Aparıcı ilə söhbətimizdə o bildib ki, ilk qonağı Türkiyənin məşhur ulduzlarından biri olacaq. Şəxavət dediyinə əməl etdi. O, Azərbaycanda illərdir "Təhminə" filmindən yaxşı tanınan, Türkiyənin məşhur ulduzu Meral Konratdır. Səxavət Nurun dəvəti ilə o, məhz "İmza: MƏN"in qonağı olmaq üçün məxsusi paytaxtımıza təşrif buyurub.


Bütün xəbərlər Facebook səhifəmizdə