Şou-biznes əhli xeyriyyə tədbirində - FOTO

22 iyun tarixində xeyriyyə məqsədilə tədbir keçiriləcək. SİA-nın məlumatına görə, sənətçilərin xüsüsi hazırlığı ilə baş tutacaq tədbir müxtəlif aksiyalarla insanların maariflənməsi məqsədilə keçirilir. Aksiyanın reklam üzü üçün istedadlı gənclər arasında müsabiqə keçirilib və nəticədə gənc reper Orxan Həyat seçilib.


Xeyriyə tədbirinə könüllü qoşulan sənətçilər arasında xalq artistləri Faiq Ağayev, Səməd Səmədov, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Nura Suri, Xatun, İntizar flamenco qrupu, Kərim, Gunay İbrahimli, Mirkamil Kamilov, Emil Bədəlov, Ülvi Rəşidov, Şölə Səfərəliyeva, Zarina Məmmədova, Anar Bəylər, Group Avantaj və DJ China var. Tədbirin aparıcıları Rəşad Kəsəmənli və Kəmalə Piriyevadır.


Mərasimdən yığılan maddi gəlir omba çıxığından əziyyət çəkən 8 yaşlı Əfəndiyeva Aişənin əməliyyatına xərclənəcək.


Tədbirin təşkilatçıları Səbuhi Arif və Sa Sa Sondur. İnformasiya dəstəyi www.simsar.az , www.world.az və www.orxanabbasov.az saytlarına məxsusdur.


Bütün xəbərlər Facebook səhifəmizdə