Keşmiş "Next" qrupunun üzvlərindən olan Anar Bəylər yeni klipini təqdim edib. Anarın SİA-ya verdiyi məlumata görə, klip ölkəmizdən kənarda, Ukraynanın Kiev şəhərində lentə alınıb. Klipi iki rejissor - Xalid Zeynalov və Nicat Fərəcov çəkib. Çəkiliş prosesində istifadə olunan bütün texniki avadanlıqlar Kiev Kinomotoqrafiya məktəbi tərəfindən qarşılanıb.
"Oyansın Xəritələr" adlanan mahnının sözləri Salihə Məmmədovaya, musiqisi isə ifaçının özünə məxsusdur. Klipin premyerası Rusiyanın məşhur Ello TV youtube kanalında edilib. Burada bir çox məşhurların, Dima Bilan, Valeriy Meladze, Ani Lorak, Yuliya Saviçeva kimi simaların klipləri təqdim olunub.
Xatırladaq ki, Anar Bəylərə məxsus ilk klip- "Sevgidən də artıq"ın premyerası da Ello TV-də baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB