İlhamə Quliyeva ilə Flora Kərimova davasının yeni “raundu”

İlhamə Quliyeva ilə Flora Kərimova davasının yeni “raundu”

Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ötən gün Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının sənət kraliçası İlhamə Quliyevanın xalq artisti Flora Kərimovaya qarşı şərəf və ləyaqətin müdafiəsi, işgüzar nüfuzun aşağı salınması ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi üzrə mülki işə baxılıb. Bu barədə SİA-ya İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, Flora Kərimova İlhamə Quliyevaya mənəvi ziyan vurduğu üçün məhkəmənin qətnaməsi ilə 3000 manat məbləğində cərimə edilib. Məhkəmədə İlhamə xanımın hüquqlarını vəkil Şəfiqə Nağıyeva müdafiə edib.


Xatırladaq ki, bu məhkəmə prosesi F.Kərimova tərəfindən 4 ilə yaxındır ki, uzadılırdı.

Mətbuat katibi əlavə edib ki, İlhamə xanım Flora Kərimovadan mənəvi ziyanla əlaqədar alınacaq 3000 manatı qocalar evinin hesabına keçirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə