"Temp" studiyası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan mahnı ərsəyə gətirib. Mahnı 4 xanım ifaçının – Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalə adlı müğənninin ifasında lentə alınıb. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri artıq yekunlaşıb.
SİA-ya açıqlama verən Şölə Səfərəliyeva çəkiliş prosesindən danışıb. Onun sözlərinə görə, çəkiliş gecəyarısına qədər davam edib. Hazırda isə klipin montaj işləri gedir və tezliklə tamaşaçılara təqdim ediləcək.
Xatırladaq ki, Ş.Səfərəliyeva klipdə həkim obrazını yaradıb. Digər müğənnilər - Vüsalə , Lala (Qan qrupu) və Xəyalə isə müvafiq olaraq, əsgər, ana, mələk rolunda olublar. Klipdə digər milli qəhrəman Çingiz Mustafayevin də səsindən istifadə ediləcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB