Azərbaycanlı müğənni “Discovery”də qələbə qazandı-VİDEO

Azərbaycanlı müğənni “Discovery”də qələbə qazandı-VİDEO

Bolqarıstanda keçirilən "Discovery Music Festival"ında Azərbaycanı təmsil edən Next qrupunun eks solisti Seyran Babayev uğura imza atıb. Dünən yekunlaşan XXI Discovery festivalinda Azərbaycan əsas 5 nominasiyadan birini qazanıb.


SİA-nın məlumatına görə, festivalin yarimfinal mərhələsində müğənnimiz Michael Jaksonun repertuarindan "Black or White" mahnısını ifa edərək, finala vəsiqə qazanıb. Seyran finalda öz repertuarindan "My Plaything Lady" mahnısınıi oxuyub. Müğənninin mətbuat xidmətinin yaydığı məlumata görə, həmyerlimiz müsabiqənin "Ən Yaxşı Performans" nominasiyasında əsas mükafatı qazanib.


Qeyd edək ki, Rusiya, Makedoniya, Italiya, Ukraina və digər ölkələrin də iştirak etdiyi festivalda qonaq qismində Filip Kirkorov, In-grid, Sun-Strike Project kimi dunya ulduzları iştirak edib. Müğənninin mətbuat katibinin sözlərinə görə, bu onlar üçün sevindirici olmaqla yanaşı həm də gözlənilməz qələbə idi. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Azərbaycanın başqa ölkədə qalib olması xüsusi ilə qürur vericidir.



Bütün xəbərlər Facebook səhifəmizdə