Azərbaycanlı prodüserin ad günü yasa çevrildi - FOTO

Bu gün Azərbaycanın tanınmış prodüseri Ceyhun Məhərrəmovun doğum günüdür. SİA-ya açıqlama verən prodüser bu günü bizimlə bölüşüb: "Bu gün 24 yaşım tamam olur. Ancaq ad günümü böyük təmtəraqla keçirə bilməyəcəyəm. Çünki bu yaxınlarda cavan yaşında bibim dünyasını dəyişib. Ailəm hüzün içindədir. Ailəmə və özümə Allahdan səbir diləyirəm",-deyə fikirlərini tamamlayıb.

Biz də Ceyhunu ad günü münasibəti ilə təbrik edir, yenicə dünyasını dəyişmiş bibisinə isə Allahdan rəhmət diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə