Azərbaycanın gənc müğənnisi Rəmal Rəsul və bəstəkar Tural Bakuvidən artıq jurnalistlər də narazılıq etməyə başlayıb. Adının çəkilməyini istəməyən jurnalistin SİA- ya verdiyi xəbərə görə, o, hər iki sima ilə iş birliyinə başlamağa razılıq verib, bunun müqavilində isə aylıq maaş ödəyəcəklərini deyiblər. İş birliyinin bir ay tamamında isə məlum olub ki, jurnalist öz işini görüb, ancaq hər iki məşhur olmaq istəyən simalar onun əmək haqqını verməyiblər.
İş birliyinə razılaşan və Turalla Rəmalın mətbuat işlərini öz boynuna götürən media nümayəndəsi onlara dəfələrlə zəng edərək pulunu tələb edib. Ancaq buna baxmayaraq yalançı gənclərdən biri pulunun başqa işlər üçün xərcləməli olduğunu utanmadan dilə gətirib: "Yeni maşın almışam kreditim var. İmkanım yoxdur pulunuzu verməyə. Ancaq bu həftə ərzində pulunuzu verəcəyəm",-deyərək dəstəyi yerə qoyub.
Digəri, dəqiq desək, Rəmal isə "Məni bir az vaxt verin, pulunuz çatdırılacaq",-deyərək dəfələrlə yalan danışıb.
Qeyd edək ki, sözügedən şəxslərdən tək jurnalist yox, xalq artisti Nazpəri Dostəliyeva da narazıdır. Məsələ burasındadır ki, bir neçə vaxt bundan öncə Tural Bakuvi öz bəstələdiyi mahnını Nazpəri Dostəliyevaya hədiyyə verib. Rəmal Rəsul isə həmin mahnını aranjeman edib. Daha sonra Rəmal iddia edib ki, xalq artisti aranjemanının pulunu verməyib sənətkarı "yalançı" adlandırıblar.
Məsələ ilə bağlı Nazpəri xanımın mətbuat katibi ilə əlaqə saxladıq. Mətbuat katibi xəbərin yanlış olduğunu və özlərinin xanım Dostəliyevadan xahiş edərək mahnını oxumasını istədiklərini açıqlayıb.
Bununla da bir daha məlum olub ki, hər iki gənc müxtəlif yollarla həm məşhur olmaq istəyib, həm də pul qazanmağa cəhd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB