yGənc müğənni Günay İbrahimli yeni bir mahnısına klip çəkdirib. Klip gənc müğənninin son dövrlər popuyar olan "Mən də səni sevdim" adlı mahnısına çəkilib. Rejissor kimi isə gənc ifaçı tanınmış teaparıcı, prodüser Mirsalam Mirsalamova müraciət edib. Klipdə operator işini Ziyad Əliyev öz üzərinə götürüb.
Mirsalam isə bunun bağlı SİA-ya açıqlama verib. Rejissorun dediyinə görə, klipin çəkilişlərinə bir gün vaxt lazım olub: "Çəkiliş gecə saatlarınadək davam etsə də Günay bir dəfə belə \"yoruldum\" sözünü dilə gətirmədi. Mən çəkiliş prosesində Günayın istedadının bir daha şahidi oldum. Çəkiliş vaxtı rejissor işinə müdaxilə etmədi. Bu isə çox vacibdir. Günayın gözəl səsi ilə yanaşı, plastikası var. Ona görə də əminəm ki, Günayda olan iddia onu daha yüksəklərə qaldıra bilər. Çox qısa zamanda Günay şou-biznesimizin \"nömrə 1\"lərinə əməlli başlı meydan oxuyacaq. Mən Günayın nə qədər özünə əmin olduğunu gördüm. O qədər iddialıdır ki, yaxın müddətdə şou-biznesdə ən məşhur müğənnini yerində oturdacaq".
Mirsalamın sözlərinə görə, klip modern üslubda çəkilib. Günay klipin təqdimat mərasimini möhtəşəm şəkildə həyata keçirməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB