Əməkdar artist: “Özümə sahib olmağı bacarıram”

Əməkdar artist: “Özümə sahib olmağı bacarıram”

Azərbaycanın əməkdar artisti Firuzə İbadova şəxsi həyatından razı olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Firuzə xanım qadın kimi özünü tək hesab etmədiyini və özünə sahib çıxa bildiyini etiraf edib: "Şəxsi həyatımda hər şey öz axırıyla davam edir. O ki, qaldı həyatda qadın kimi tək yaşamağıma mənə belə xoşdur. Çünki bütün istəklərimi ailəmdə tapıram".

Əməkdar artist kişi və qadın münasibətlərindən də söz açıb: "Əks cinsin nümayədələri ilə çox ünsiyyədə olan xanım deyiləm. Yəni ki, qadın və kişi münasibətlərindən söhbət gedir. Kişiləri yaxınıma buraxa bilməmişəm. Ona görə də çalışıblar ki, bacadan hoppanıb pəncərədən düşsünlər. Özümü hər zaman çərçivədə saxlamışam. Qaldı ki, mənim qadın kimi istəklərimə özümə sahib olmağı bacarıram", -deyə xanım İbadova bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə