Azərbaycanlı aktrisanı səhnədən kim uzaqlaşdırmaq istəyib? -FOTO

Azərbaycanın tanınmış aktrisası "Keyxanım" yəni, hər kəsin yaxşı tanıdığı Ülviyyə Əliyeva həmkarı Tünzalə Əliyevadan bəhs edib. SİA-ya açıqlama verən aktrisa eyni səhnəni paylaşdığı "Toppuş bacı\"dan danışıb: "Toppuş bacı\"dan yəni, Tünzalə Əliyevadan başqa aktyor və ya aktrisayla eyni səhnəni paylaşa bilərəm. Mənim üçün heç bir problem yoxdur. Ancaq onu deyim ki, Tünzaləylə Dilarə bacının yerini heç kim verə bilməz".

Xanım Əliyeva səhnəyə gəlməsindən anasının narazı olduğunu deyib: "Aktrisa olmağıma anam heç vaxt razı olmayıb. Çünki nəslimizdə incəsənət adamı yoxdur. Ona görə anam hər zaman qorxub. Eyni zamanda anam aktrisa olmamağımı milli adət- ənənələrimizə və xanım olmağıma görə icazə vermirdi. Uşaqlıq şəkillərimin hansına baxsam, görürəm ki, ya şer deyirəm, ya mahnı oxuyuram və ya rəqs edirəm. Yəni ki, uşaqlıq vaxtımdan səhnələrdə olmuşam".

Ülviyyə Əliyeva efirlərdə olmağının səbəbini şanslı olması ilə əlaqələndirib: "İncəsənət aləmindən baş çıxarmaq çətin məsələdir. Çünki tək teatrla tanınmaq mümkün deyil. Ancaq mənim bəxtim gətirib ki, hal-hazırda efirlərdəyəm",-deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...